CƏMİYYƏT


“ABAD” “Sevmeli by Tunzale” şokoladlarını təqdim edib

Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” (Ailə Biznesinə ASAN Dəstək publik hüquqi şəxs) yeni “ABAD”çı və onun hazırladığı qida məhsulunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu dəfə “ABAD”çılar sırasına Xalq artisti Tünzalə Ağayevada qoşulub. O, “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.