MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.