Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda dondurulmuş münaqişələr və Ermənistanın işğalçı siyasəti müzakirə olunub

30.01.2020 [14:42]

Xəbərin mətni

Vaşinqtonda “Demokratiyanı Müdafiə Fondu” Analitik Mərkəzinin dondurulmuş münaqişələrə və bu münaqişələrə cəlb edilmiş tərəflərə münasibətdə dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlarına həsr olunmuş yeni məruzəsinin müzakirələri keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun vitse-prezidenti Conatan Şanzerin moderatorluq etdiyi tədbirdə məruzə müəllifləri - Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun və “İpək Yolu” Araşdırmalar Proqramının direktoru Svante Kornel və beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer çıxış ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI