İDMAN


52 yaşında dünya çempionu olan qusarlı güləşçi

Altmış üç yaşlı Şəkərxan Əlislamov Azərbaycanda ən titullu veteran güləşçilərdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qusarlı güləşçi veteranlar arasında keçirilən dünya çempionatlarında 10 dəfə mübarizə aparıb və bu günə kimi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Daha çox uğur qazanmaq istəyən Şəkərxan Əlislamov hələ 70 yaşınadək güləşmək niyyətindədir.