Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda Azərbaycan musiqisini tanıdan həmyerlimiz

31.01.2020 [00:14]

Türkiyənin döyünən ürəyi İstanbul olduğu kimi, İstanbulu da “Taksim” meydanı, “İstiqlal Caddesi”z təsəvvür etmək mümkün deyil. Şəhərə gələn istər yerli, istərsə də xarici turistlərin ilk üz tutduqları məkan da məhz buradır. Şən əhval-ruhiyəsi, müxtəlif istirahət və sosial məkanları ilə insanları özünə cəlb edən Taksimi küçə musiqiləri olmadan təsəvvür etmək mümkün deyil. Burada dünyanın müxtəlif ölkələrindən gələn insanlar öz milli mədəniyyətlərinin bir parçası olan musiqilərini ifa edir, demək olar ki, dünyaya tanıdırlar. Onlardan biri də həmyerlimiz Elşən Əliyevdir.