Həm futbol klubunun təsisçisi, həm məşqçisi, həm də oyunçusudur – Qusardan REPORTAJ
31.01.2020 [15:08]
Xəbərin mətni
Əlli üç yaşlı veteran futbolçu Kamran Nurəhmədov Azərbaycan Region Liqasında mübarizə aparan “Şirvanovka” (Qusar) futbol klubunun həm təsisçisi, həm məşqçisi, həm də oyunçusudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kamran Nurəhmədovun iki oğlu da onunla birlikdə Qusarın Şirvanlı kəndini təmsil edən komandada mübarizə aparır. Kiçik oğlu isə “Sabah” komandasının uğurları üçün çalışır.