Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

01.02.2020 [16:34]

Xəbərin mətni

Fevralın 1-də Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Fondun binasında fəaliyyət göstərən və türkdilli xalqların mədəniyyətini, adət-ənənələrini əks etdirən muzeylə tanış olub, eləcə də gənc muğam ifaçılarının musiqisini dinləyiblər.