İDMAN


Azarkeş yuxuya getdi, sosial şəbəkələrdə fenomen oldu: altmış mindən çox baxış və on beş min şərh

Super Bowl - Milli Futbol Liqası (NFL) çempionatının final matçı zamanı komandalardan birinin fanatının yuxuya getdiyi anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq marağa səbəb olub. AZƏRTAC "The Sun"a istinadən xəbər verir ki, böyük bir hay-küyün içərisində yatan azarkeşin internetdə hitə çevrilən görüntüsünə altmış mindən çox baxış və on beş min şərh yazılıb.