İDMAN


İrqçi mesajlar alan futbolçu Jon Obi Mikel canlı yayımda ağladı

“Trabzonspor”un futbolçusu Jon Obi Mikel sosial şəbəkələrdə “ "Trabzonspor” - “Fənərbaxça” matçından sonra rəqib komandanın azarkeşləri tərəfindən irqçi mesajlar aldığını deyib. AZƏRTAC Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu bunu canlı yayımda bildirib. “İrqçiliyin futbola qətiyyən aidiyyatı yoxdur. Həm mənə, həm uşaqlarıma, həm də qız dostuma təsir edən cümlələr işlədilir”. Futbolçu bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.