Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paris İncəsənət və Mədəniyyət Ali Məktəbində Azərbaycan qadınına həsr edilmiş sərgi açılıb

05.02.2020 [12:27]

Xəbərin mətni

Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) və Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilmiş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışı olub.