RƏSMİ


Prezident İlham Əliyev Qırğızıstanın Xarici İşlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır