Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sel sularının gətirdiyi ağac kökləri abstrakt heykəllərə çevrilir - Qubadan REPORTAJ

06.02.2020 [14:10]

Xəbərin mətni

Etibar Qəhrəmanov çaylarda sel sularının gətirdiyi ağac köklərindən abstrakt janrında heykəllər hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tullantı ağac parçalarına ikinci həyat bəxş edən 36 yaşlı sənətkar Quba rayonunun Birinci Nügədi kəndində yaşayır.
Etibar Qəhrəmanov uşaq yaşlarından rəssamlığa böyük maraq göstərsə də, bu sahədə təhsil almayıb. Bir müddət heykəltəraşlıqla da məşğul olan sənətkar son iki ildə abstrakt janrda əl işləri hazırlamağa başlayıb.