RƏSMİ


Prezident İlham Əliyev “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı.