Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” - “Neftçi” matçı qolsuz heç-heçə ilə başa çatıb

08.02.2020 [23:56]

Xəbərin mətni

Fevralın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna “Qarabağ” - “Neftçi” matçı ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada qapılara top vurulmayıb.
Xatırladaq ki, XVI turun digər oyunlarında “Sabah” doğma meydanda “Qəbələ”ni (3:2), “Səbail” səfərdə “Keşlə”ni (0:1), “Sumqayıt” isə ev oyununda “Zirə” komandasını (2:1) məğlub edib.