İsveçdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının hesabat yığıncağı keçirilib
09.02.2020 [11:19]
Xəbərin mətni
İsveçdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində yığıncağa qatılıb. Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.