İDMAN


Azərbaycanın yeniyetmə karateçisi Avropa çempionatının qızıl medalını qazanıb

Budapeştdə keçirilən yeniyetmə və gənclər arasında 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 14-15 yaşlı karateçilərin yarışında Fərid Savadov (57 kq) Avropa çempionu olub. Finala gedən yolda Monteneqro, Serbiya, Ukrayna və Kosovo təmsilçilərini məğlub edən idmançımız həlledici görüşdə polşalı dünya çempionuna qalib gələrək, nüfuzlu yarışın qızıl medalını qazanıb.