MƏDƏNİYYƏT


Ankarada “Abay Kunanbayev ili”nin açılışı olub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, TRT Arı studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər.