Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan karateçiləri Macarıstanda keçirilən Avropa çempionatında 8 medal qazanıblar

10.02.2020 [14:02]

Xəbərin mətni

Azərbaycan karateçiləri Macarıstanda yeniyetmə və gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komandamız, ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər ikisinin məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.