İDMAN


Karateçilərimiz daha iki medal qazanıblar

Budapeştdə karate üzrə yeniyetmələr arasında 47-ci Avropa çempionatı və 21 yaşadək idmançılar arasında 12-ci Avropa çempionatı keçirilir. Karateçilərimiz yığmamızın aktivinə medallar yazdırmaqda davam edirlər.
AZƏRTAC xəbər verir ki, 18-21 yaş kateqoriyasında iki idmançımız – Mədinə Sadiqova və Fidan Teymurova hər ikisi bürünc medal qazanıblar. Mədinə Türkiyədən olan rəqibini, Fidan isə Polşa təmsilçisini məğlubiyyətə uğradıb.