RƏSMİ


Prezident İlham Əliyev “Azərenerji” ASC-nin “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.