Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xıdır Nəbi bayramını xüsusi mərasimlə qeyd edən Yuxarı Öysüzlü kəndindən VİDEOREPORTAJ

11.02.2020 [17:28]

Xəbərin mətni

Novruzun gəlişini qərb bölgəsində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin sakinləri xüsusi qeyd edirlər. Belə ki, yazın müjdəçisi olan Xıdır bayramı Kiçik çillənin birinci ongünlüyündə keçirilir. Deyilənə görə, insanlar Xıdır Nəbi (red: Xızır da deyilir) peyğəmbərin adı ilə bağlı olan bu gecəni yüz illərdir bayram kimi yaşadırlar.