MƏDƏNİYYƏT


Kazakh TV Azərbaycan haqqında film yayımlayıb

Qazaxıstan televiziyasında Azərbaycana həsr edilmiş “Neft dövləti - Azərbaycan” adlı film yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müəllif Samat Tolıkbayın təqdim etdiyi 30 dəqiqəlik filmdə ölkəmizin mədəniyyəti, tarixi, incəsənəti, turizmi barədə ətraflı məlumat verilir.
Müəllif Azərbaycanın zəngin təbiətindən, dadlı-ləzzətli meyvələrindən, ondan hazırlanan mürəbbələrdən, onların faydaları və çeşitləri barədə məlumat verir.
Müəllif Atəşgah məbədindən başladığı səyahətinə İçərişəhər, Şiranşahlar sarayı, Qız Qalası və bir çox tarixi məkanlarla davam edib. Müasir Bakı ilə tarixi qədim Bakının arxitekturasında, göz oxşayan bina və tikililəri haqqında Asiya tamaşaçılarına geniş məlumat verən müəllif Azərbaycan adət-ənələrindən də danışır.