Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESKO-da Azərbaycanın mədəni özünüifadə müxtəlifliyinin təşviqi sahəsində həyata keçirdiyi layihələrdən danışılıb

12.02.2020 [10:55]

Xəbərin mətni

Parisdə UNESKO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.