Ukraynanın daha bir tanınmış telekanalında Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb
13.02.2020 [15:37]
Xəbərin mətni
Ukraynanın daha bir tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, 1+1 telekanalında yayımlanmış reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib.