CƏMİYYƏT


“Xocalı ayı” çərçivəsində Lvovda konfrans keçirilib

Ukraynada elan olunan “Xocalı ayı”na bu ölkənin Daxili İşlər Nazirliyinin Lvov Dövlət Daxili İşlər Universitetində start verilib.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı ilə bağlı “Bizi eşidin! Dünya uşaqları sülh yolunda!” mövzusunda keçirilən konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Universitetin rektoru, hüquq elmləri namizədi Roman Blaquta, Lvov Vilayət Administrasiyasının Millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, tanınmış ictimai-siyasi xadimlər, diaspor fəalları, Krım tatarları icmasının üzvləri, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır