MƏDƏNİYYƏT


“Azərxalça”nın Quba filialında 768 kvadratmetr xalça toxunub

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında indiyədək ümumi ölçüsü 768 kvadratmetr olan 219 ədəd xalça toxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda filialda Quba şəhərindən, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərindən olan 70-dən çox toxucu fəaliyyət göstərir.