Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında əməkdaşlığa dair memorandum imzalanıb

14.02.2020 [14:47]

Xəbərin mətni

Fevralın 14-də Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıblar.