Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güləşçimiz ermənini məğlub etdi

14.02.2020 [16:40]

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki,  70 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Gevorq Mixeyan ilə üz-üzə gəlib.

0:8 hesabı ilə geri düşən güləşçimiz, sonunda 15:8 hesabı ilə erməni idmançısını məğlub edib.