İDMAN


Olimpiya və Paralimpiya yığma komandalarımız “Tokio-2020”də eyni forma ilə çıxış edəcəklər

Fevralın 14-də Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, MOK-un baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.