RƏSMİ


Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.