MƏDƏNİYYƏT


Ukraynada həmvətənlərimiz Sevgililər gününə həsr olunmuş konsertdə çıxış ediblər

Ukrainka şəhərində Sevgililər gününə həsr olunmuş konsertdə həmvətənlərimiz milli mahnı və rəqslərimizi təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, konsertdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, həmyerlimiz Qurban Abbasovun və müğənni Natalya Kudryaşovanın ifalarında həm Azərbaycan, həm də Ukrayna dilində mahnılar səslənib.