MƏDƏNİYYƏT


“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb

Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanıb. Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.
AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.