İDMAN


İker Kasilyas karyerasını bitirib

Portuqaliyanın “Portu” futbol klubunun qapıçısı İker Kasilyas karyerasını bitirib.
AZƏRTAC xəbər verir ki, bu xəbəri “Portu” klubunun prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında bildirib. Prezident qeyd edib ki, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.
Ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.
Otuz doqquz yaşlı qolkiper İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəddir.