Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tokioda Azərbaycan kimonosunun təqdimatı keçirilib

20.02.2020 [11:15]

Xəbərin mətni

Tokioda “Imegine One World - Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı Səfirliyində təşkil edilən tədbirdə “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq dövlətlərin və ərazi vahidlərinin kimonosunu hazırlayan “Imegine One World-Kimono Project” layihəsinin təmsilçiləri, NHK World telekanalının nümayəndələri, diasporumuzun üzvləri iştirak ediblər.