RƏSMİ


Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəldi.
Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.