MƏDƏNİYYƏT


Kaliforniya Los Anceles Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) Kitabxanasında azərbaycanlı şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilib.
UCLA və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UCLA Kitabxanasının rəhbərliyi və əməkdaşları, habelə universitetin müəllim və tələbə heyəti, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.