MƏDƏNİYYƏT


Müslüm Maqomayevdən bəhs edən serialın treyleri yayıldı

Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” serialının treylerini təqdim edilib.
AZƏRTAC xəbər verir ki, rejissorlar Dmitriy Turin və Roman Prıqunov tərəfindən çəkilən filmdə Müslüm Maqomayev obrazını serbiyalı aktyor Miloş Bikoviç canlandırır.
İfaçının həyat yoldaşı Tamara Sinyavskayanı isə rusiyalı aktrisa - "Miss Russia-2010” gözəllik müsabiqəsinin qalibi İrina Antonenko canlandırıb.