RƏSMİ


Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.