CƏMİYYƏT


Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov, Daşkənddəki Katolik kilsəsinin rəhbəri Eji Masuleviç, xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.