SİYASƏT


Dneprdə Xocalı soyqırımının qurbanları anılıb

Ukraynanın Dnepr Texniki Milli Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının birgə keçirdikləri tədbirdən əvvəl səfir Azər Xudiyevlə universitetin rektoru Genadi Pivnyak arasında görüş olub.