Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24.02.2020 [18:34]

Xəbərin mətni

Fevralın 24-də Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Xocalı faciəsinə həsr olunmuş gənc rəssamların rəsm işlərinin təqdimatı ilə başlayıb.