CƏMİYYƏT


Şəhid olan sərhədçi əsgərimiz dəfn edilib

Azərbaycanın şəhid olan əsgəri Vəliyev İbrahim Ələmşah oğlu Zərdab rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi Gəlmə kəndindəki Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə insan iştirak edib.