SİYASƏT


Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə paytaxt Sofiyada Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan rəssamlarının əsərlərinin reproduksiyaları və uşaqların rəsm nümunələrindən ibarət sərgi çərçivəsində bolqarıstanlı piano ifaçısı Ani Linçeva Azərbaycan, Bolqarıstan və tanınmış dünya bəstəkarlarının klassik əsərlərini ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır