CƏMİYYƏT


Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən yürüşdə minlərlə tərtərli iştirak edib

Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü münasibətilə Tərtər şəhərində ümumrayon yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır