Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Torontoda “Sarı gəlin”: Həmyerlilərimiz Xocalı soyqırımı qurbanlarına həsr olunmuş fləşmob keçirdi

27.02.2020 [15:29]

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan-Kanada Multikulturalizm Mərkəzi qanlı faciə qurbanlarına həsr olunmuş fləşmob hazırlayıb. Fləşmob Kanadanın iri şəhərlərindən biri - Torontoda Azərbaycan xalq mahnılarının tarla müşayiəti ilə keçib. Videoçarxdan görünür ki, fləşmob şəhər əhalisinin diqqətii çəkib.