Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rotterdamda Qarabağ İdman Klubunun ofisinin açılışı olub

02.03.2020 [12:34]

Xəbərin mətni

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Qarabağ İdman Klubunun ofisinin əsaslı təmirdən sonra rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Qarabağ adının Avropada bu cür yüksək təbliğ olunmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.