İDMAN


Yaponiya telekanalında “Tokio-2020” üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb

Yaponiyanın NHK World telekanalı “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları üçün hazırlanmış Azərbaycan kimonosu barədə süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycanın coğrafi mövqeyi, zəngin mədəniyyəti, sürətli inkişafı barədə məlumat verilib. Neft və qaz ehtiyatları ilə zəngin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı xüsusi qeyd edilib.