Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinə baxılıb
05.03.2020 [16:23]
Xəbərin mətni
Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.