MƏDƏNİYYƏT


Parisdə “Azərbaycan böyük dövlətlər arasında” kitabının təqdimatı keçirilib

Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində səfir Rəhman Mustafayevin fransız dilində nəşr edilmiş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “Hermine” kommunikasiya şirkətinin rəhbəri Loran Pultye dü Menil, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi və “Presses du Châtelet” nəşriyyat evinin rəhbəri Jan-Daniel Belfond çıxış ediblər.