MƏDƏNİYYƏT


Bakı Media Mərkəzi yeni videoçarx hazırlayıb

Bakı Media Mərkəzi ölkəmizin gözəl təbiətinin, mədəni və idman həyatının, insanlarının gündəlik yaşam tərzinin əks olunduğu yeni videoçarx hazırlayıb. Azərbaycan soyuq qışı yola salıb, öz günəşi və təravəti ilə insanlarımızın qəlbini isidəcək yaz fəslini qarşılayır.
AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzi hazırladığı yeni videoçarxla hər kəsi bahar havası hiss edilən ölkəmizə bir daha virtual səyahət etməyə dəvət edir.